10 C
Baku
Thursday, December 12, 2024

İlon Mask: “Twitter” 1.5 milyard hesabı siləcək”

“Twitter” xidməti istifadəçi bazasını təmizləməyi planlaşdırır.

Bunu sosial şəbəkənin sahibi İlon Mask bildirib. Maskın sözlərinə görə, 1,5 milyard “Twitter” hesabı tezliklə silinəcək.

Mask hesabların silinməsi üçün iki meyar qeyd edib. İlk növbədə, tvitlərin olmadığı hesablar və sahibinin “illərdir” profilinə daxil olmadığı səhifələr silinəcək.

Milyarder qeyri-aktiv hesabların kütləvi şəkildə silməsinin səbəbləri barədə ətraflı açıqlama verməyib. Ekspertlərin fikrincə, bu yolla qeyri-aktiv hesablar üçün istifadə olunan adların sərbəstləşdirilməsi planlaşdırılır.

Mask silinmənin nə vaxt başlayacağını da dəqiq deməyib.

Qeyd edək ki, 2019-cu ildə “Twitter” texniki xidməti hesabların heç vaxt silinməyəcəyinə söz verib. Bu, ölən insanların profillərinin “Twitter”də saxlanılması üçün edilib.

Son xəbərlər
Digər xəbərlər