26 C
Baku
Saturday, July 27, 2024

İlon Mask “Twitter” üçün ödəyəcəyi məbləği açıqlayıb

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter“i almaq üçün 46,5 milyard dollar ödəməyə hazırdır.

ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) saytındakı materiallara əsasən, “Tesla”nın qurucusu yekun razılaşma üçün dərhal danışıqlara başlamaq niyyətindədir.

İlon Mask bildirib ki, Morgan Stanley Senior Funding və bəzi digər maliyyə qurumları ona 25,5 milyard dollar verməyə hazırdırlar, qalan 21 milyard dolları isə özü ödəyəcək.

Mask aprelin 4-də Twitter-də 9,2% paya sahib olduğunu açıqlayıb, aprelin 14-də isə “Twitter“in səhmlərinin hamısını almağa hazır olduğunu söyləyib. “Twitter” eyni gün Maskın təklifini nəzərdən keçirəcəyinə söz versə də bir neçə saat sonra qurumun səhmlərinə sahib olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Maskın təklifini rədd edərək, bunu şirkətin real dəyərinə uyğun gəlmədiyini bildirib.

Aprelin 15-də “Twitter”in direktorlar şurası səhmdarların hüquqlarını qorumaq üçün plan qəbul edib. Bununla belə media Maskın “Twitter”i əldə etməyin yollarını axtardığını yazır.

 

 

Son xəbərlər
Digər xəbərlər