12 C
Baku
Monday, November 25, 2024

İlon Mask “Twitter”də monetizasiyanı işə salıb

“Twitter”in sahibi İlon Mask sosial şəbəkədə istifadəçi tərəfindən yaradılan kontentin monetizasiyasının işə düşdüyünü elan edib. Onun sözlərinə görə, bundan sonra istifadəçilər komissiya ödəməklə kontentdən gəlir əldə edə biləcəklər.

“İzləyicilərə istənilən kontentə abunə olmağı təklif etmək üçün qeydiyyatdan keçin! Bunun üçün sadəcə parametrlərdə “Monetizasiya” üzərinə klikləyin”, – deyə milyarder yazıb.

Cənab Mask dəqiqləşdirir ki, iOS və Android platformalarının hər biri 30% komissiya alır. İkinci ildən etibarən komissiya 15%-ə düşəcək.

Xatırladaq ki, 2022-ci ilin noyabrında “Twitter Blue” abunəsi istifadəyə verilib. Tətbiq edildikdən sonra “Twitter” bütün köhnəlmiş mavi işarələri silib. Sabahdan, aprelin 15-dən etibarən yalnız təsdiqlənmiş istifadəçilər “Twitter” sorğularında səs verə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər