6 C
Baku
Sunday, December 15, 2024

İlon Mask “Twitter”də verifikasiyanı ödənişli edəcək – Ayda $20

“Twitter”in yeni sahibi olan İlon Mask sosial şəbəkədə verifikasiyanı ödənişli edəcəyini açıqlayıb. Məlumata görə, verifikasiya istifadəçilərə ayda 20 dollara başa gələcək. Bundan əlavə vurğulanır ki, artıq verifikasiya olunmuş hesablara ödənişli abunəyə keçmək üçün 90 gün vaxt veriləcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“The Verge” qeyd edir ki, bu funksiya üzərində işləyən işçilər 2022-ci il noyabrın 7-nə qədər onu tamamlaya bilməsələr, işdən çıxarılmaqla hədələniblər. Oktyabrın 30-da milyarder şirkət işçilərinin təxminən 50%-ni ixtisar etmək planlarını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər