İlon Mask “Twitter”i almamaq üçün yeni bir səbəb tapıb. Bu barədə avqustun 30-unda milyarderin vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərə istinadən yazıb.
Maskın vəkilləri “Twitter”in keçmiş təhlükəsizlik rəhbəri Peter Zatkonun iddialarına istinad edərək, şirkəti istifadəçi məlumatlarını qorumamaqda ittiham edib.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Sahibkarı müdafiə edən vəkillər bildiriblər ki, Zatkonun iddiaları, o cümlədən platformanın haker müdafiəsində “açıq-aşkar çatışmazlıqlar” “Twitter”in müqaviləni pozduğuna işarə edir.
Hər iki tərəf Zatkonu məhkəmədə ifadə verməyə çağırıb. 100-dən çox şahidin iştirak etdiyi məhkəmə prosesi oktyabrın 17-də başlayacaq.
Xatırladaq ki, aprel ayında “Twitter” rəhbərliyi Mask ilə şirkəti 44 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlamışdı. Lakin artıq may ayında milyarder elan etmişdi ki, şirkət real istifadəçilər arasında botların və spam hesabların nisbətini açıqlamayana qədər heç bir sövdələşmə olmayacaq.
Bir neçə gün sonra “Twitter” sövdələşməni tamamlamaq üçün milyarderə qarşı iddia qaldırıb. İyulun sonunda Mask “Twitter”ə qarşı 160-dan çox səhifəni əhatə edən əks iddia qaldırıb.