5 C
Baku
Saturday, December 14, 2024

İlon Mask “Twitter”in direktorlar şurasına üzv olmaqdan imtina edib

İlon Mask “Twitter”in direktorlar şurasına üzv olmamaq qərarını verib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bunu sosial şəbəkənin baş direktoru Paraq Aqraval deyib.

Onun sözlərinə görə, Mask “Twitter”in böyük səhmdarlarından biri olmağa davam edəcək və şirkət onun təklifləri üçün açıq olacaq. “Biz hesab etdik ki, irəli getməyin ən yaxşı yolu – İlonu şirkətin idarə heyətinin bütün üzvləri kimi səhmdarlarımızın mənafeyinə uyğun hərəkət edəcəyi şirkətin qəyyumu olmasıdır”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, aprelin 5-ində “Twitter” İlon Maskın şirkətin direktorlar şurasına üzv olacağını açıqlayıb. Bu, aprelin 9-u baş tutmalı olsa da, səhəri gün milyarder vəzifədən imtina edib.

2022-ci il mart ayında Mask “Twitter”də 9.2% pay alıb. Səhm paketinin ümumi dəyəri təxminən 2.8 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər