11 C
Baku
Monday, November 25, 2024

İlon Mask “Twitter”in ad və loqosunu dəyişir

“Twitter”in yeni sahibi İlon Mask bazar günü bildirib ki, “Twitter”in loqosu dəyişəcək və hamının tanıdığı quş “X” ilə əvəzlənəcək. “Tezliklə biz “Twitter” brendi və bütün quşlarla vidalaşacağıq”, – deyə milyarder yazıb.

1 4

Mask həmçinin “Twitter”də istifadəçi sorğusunu aparıb və izləyicilərindən platformanın rəngini dəyişdirilməsi ilə bağlı fikir alıb.

Milyarder 2022-ci ilin oktyabr ayının sonunda sosial şəbəkəni 44 milyard dollara əldə etdikdən sonra “Twitter”də əsaslı dəyişikliklər edib. Maskın yenilikləri reklamçıların xaricə axınına səbəb olub. Bu ay, o, reklam gəlirinin 50% azalması və platformanın hələ də heç bir gəlir gətirmədiyini açıqlayıb. Bundan əvvəl Mask dəfələrlə “Twitter”in müflis elan oluna biləcəyi barədə xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər