20 C
Baku
Wednesday, May 29, 2024

İlon Mask “Twitter”in rəhbəri olub

Milyarder İlon Mask “Twitter“in rəhbəri olub.

Bu barədə CNBC-nin müxbiri Devid Faber mənbələrə istinadən məlumat verib.

Bildirilib ki, əvvəlki rəhbərlik qərargahı tərk edib.

“Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Agraval və şirkətin maliyyə direktoru (CFO) Ned Seqal qərargahı tərk etdilər”, – deyə məlumatda bildirilib.

“Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.

Xatırladaq ki, aprel ayında “Twitter“ rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlamışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər