1 C
Baku
Saturday, December 14, 2024

İlon Mask “Twitter”in rəhbəri vəzifəsindən istefa verməsi ilə bağlı sorğu keçirib

“Twitter”in sahibi milyarder İlon Mask sosial şəbəkədəki abunəçilərinə şirkət rəhbəri vəzifəsindən istefa verib-verməməsi ilə bağlı səs vermək istəyi ilə müraciət edib. O, səsvermənin nəticələrinə sadiq qalacağına söz verib. Bakı vaxtı ilə saat 05:00-a olan məlumata görə, sorğu iştirakçılarının təxminən 60%-i Maskın istefasına səs verib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Twitter rəhbəri vəzifəsindən getməliyəmmi? Mən bu sorğunun nəticələrinə sadiq qalacağam”, – deyə Mask yazıb.

Sosial şəbəkəni almaq üçün sövdələşməni bağladıqdan sonra Mask media şirkətində bir sıra dəyişikliklər edib. Digər şeylər arasında o, işçilərinin yarıdan çoxunu işdən çıxarıb və əvvəllər bloklanmış istifadəçi hesablarını geri qaytarıb. Xatırladaq ki, milyarder sosial şəbəkəni 44 milyard dollara alıb.

Son xəbərlər
Digər xəbərlər