15 C
Baku
Sunday, November 24, 2024

İlon Mask Ukrayna münaqişəsinin həlli yolunu təklif edib

“Tesla”nın qurucusu İlon Mask sosial şəbəkədə Rusiya ilə Ukrayna arasında barışığın hansı şərtlər altında baş tuta biləcəyini açıqlayıb. İş adamı Krımı Rusiyanın bir hissəsi kimi tanımağa, Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərində seçkilər keçirməyi təklif edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Mask həmçinin izləyiciləri arasında sorğu keçirib, nəticə etibarilə insanların çoxu iş adamının təklifinə səs verib. Bu xəbərin fonunda “Tesla” səhmləri 9% çöküb. Belə ki, investorlar milyarderin sülh təşəbbüsünü yüksək qiymətləndirməyiblər. Xatırladaq ki, daha əvvəl milyarder Rusiya Prezidenti Vladimir Putini təkbətək “duelə” çağırıb.

Son xəbərlər
Digər xəbərlər