Milyarder Mark Kuban və İlon Mask rəqəmsal aktivlər arasında “Dogecoin”i (“DOGE”) ən etibarlı mübadilə vasitəsi adlandırıblar.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mark Kuban qeyd edib ki, “Dogecoin” digər kriptovalyutalar üzərində üstünlüyə malikdir.
“Bu, mal və xidmətlər əldə etmək üçün istifadə edilə bilən bir vasitədir. “Doge” cəmiyyəti – kriptovalyutanı mübadiləsi sahəsində ən güclüsüdür”, – deyə milyarder söyləyib.
Buna cavab olaraq İlon Mask da eyni fikirdə olduğunu etiraf edib. “Dallas Mavericks” basketbol klubunun sahibi olan Kuban klubun bütün kriptovalyutalarla ödənişləri qəbul etdiyini, lakin insanların “Dogecoin”ə üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatların 95%-i məhz bu kriptovalyutada həyata keçirilir.