5 C
Baku
Wednesday, February 25, 2026

İlon Mask və Piter Tilin təsis etdiyi PayPal-ı satın ala bilərlər

Rəqəmsal ödənişlər bazarının pionerlərindən olan, bazar kapitallaşması təxminən 41 milyard dollar təşkil edən PayPal Holdings Inc. son 12 ayda səhmlərinin təxminən 46% ucuzlaşmasından sonra potensial alıcıların diqqətini cəlb edib. Bloomberg mənbələrinin məlumatına görə, şirkət iddiaçı tərəflərin qeyri-rəsmi marağı fonunda artıq bir neçə bankla görüş keçirib. Böyük oyunçulardan biri bütün şirkətin alınmasını nəzərdən keçirir, digərləri isə ayrı-ayrı aktivlərlə maraqlanır. Danışıqlar ilkin mərhələdədir və yekunda razılaşma ilə nəticələnməyə də bilər. Buna baxmayaraq, xəbərlər fonunda PayPal səhmləri təxminən 10% bahalaşıb.

1990-cı illərin sonlarında yaradılan PayPal rəqəmsal ödənişlərin kütləvi inkişafının başlanğıcında dayanıb. Lakin son illərdə şirkət bazar payını itirir — istifadəçilər Apple şirkətinin Apple Pay xidməti də daxil olmaqla alternativ platformalara keçirlər. Yeni baş icraçı direktor Enrike Lores 1 mart tarixində vəzifəyə başlayacaq. O, transformasiya proqramı gözləntiləri doğrultmayan Aleks Krissi əvəz edir. Son maliyyə hesabatı da Uoll-striti məyus edib: PayPal ödəniş dövriyyəsinin artım tempinin zəiflədiyini bildirib.

Analitiklərin bir hissəsi şirkətin səhmlərini undervalued hesab edir. Onlar şəbəkənin miqyasına — illik təxminən 2 trilyon dollarlıq dövriyyəyə — və PayPal-a məxsus Venmo xidmətinin P2P ödənişlər seqmentində güclü mövqeyinə diqqət çəkirlər. Şirkətə maraq həm də onunla izah olunur ki, süni intellekt xidmətləri və agent əsaslı elektron ticarət inkişaf etdikcə ödəniş infrastrukturu daha da strateji əhəmiyyət qazanır. Əgər alış-veriş qərarlarını getdikcə daha çox rəqəmsal assistentlər verəcəksə, iri ödəniş şəbəkəsinə nəzarət mühüm üstünlük ola bilər.

Son xəbərlər
Digər xəbərlər