“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı sahibkar İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür.
Bu barədə amerikalı sahibkar özünün “Twitter” səhifəsində yazıb.
“Bu barədə ciddi fikirləşirəm”, – deyə İ.Mask istifadəçilərdən birinin söz azadlığına hörmətə üstünlük verilən platforma işə salmaq istəyib-istəmədiyi barədə sualına cavabında bildirib.