10 C
Baku
Friday, December 13, 2024

İlon Maska görə “Twitter” yenidən proqramlaşdırılıb

Fevralın ortalarından etibarən “Twitter” sosial şəbəkəsinin proqramçıları şirkətin rəhbəri İlon Maskın hesabından atılan tvitlərin daha yüksək reytinqə malik olması və platformanın bütün istifadəçilərinə aktiv şəkildə nümayişi üçün xidmətin kodunu yenidən yazıblar.

Bu barədə “Platformer” nəşri vəziyyətlə və şirkətin daxili sənədləri ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, fevralın 13-nə keçən gecə Maskın əmisi oğlu Ceyms proqramçılara yazaraq “Twitter”in baş direktorunun tivtinin niyə görə ABŞ Prezidenti Cozef Baydenin postundan daha az baxış topladığını izah etməyi istəyib.

“Fevralın 13-ü səhər saatlarında Maskın proqramçılarla görüşünün nəticələri bütün dünyada əks-səda doğurub. Çünki “Twitter” istifadəçiləri proqramı açdıqda artıq Maskın postlarının onların lentlərini doldurduğunu görüb. Bu, təsadüfi deyildi”, – mənbələrdən biri bildirib.

Mənbələr qeyd ediblər ki, “Twitter”in mühəndis komandasının qalan hissəsi Maskın hesabında bəyənmə və baxış problemi həll olunmayacağı təqdirdə işdən çıxarılmaqla hədələnib.

Son xəbərlər
Digər xəbərlər