29 C
Baku
Thursday, May 30, 2024

İlon Maska qarşı “kriptopiramida” yaratdığına görə 258 mlrd. dollarlıq iddia qaldırılıb

Amerikalı şəxs Kit Conson İlon Maska və onun şirkətləri “SpaceX” və “Tesla”ya qarşı məhkəmə iddiası qaldıraraq, onları “kriptopiramida” yaratmaqda ittiham edib. “Bloomberg”ə görə, iddiaçı onun kimi “bu piramida sxemi” ilə pul itirmiş digər insanların maraqlarını təmsil etməyə hazırdır və alqı-satqı zamanı itirdiyi 258 milyard dolların ona qaytarılmasını tələb edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eyni zamanda Kit Conson İlon Mask və onun şirkətlərinə “Dogecoin” kriptovalyutasının təbliğini qadağan etmək, eləcə də ABŞ və Nyu-York ştatının qanunlarına uyğun olaraq qumar oyunları kimi təsnif edilməsinə nail olmaq istəyir. Cənab Consonun iddiasında qeyd edildiyi kimi, “müttəhimlər yalandan iddia edirlər ki, “Dogecoin” qanuni investisiya vasitəsidir, halbuki onun heç bir dəyəri yoxdur”. Onu yemək, artırmaq və ya geyinmək olmaz. Eyni zamanda “Dogecoin” üzrə divident ödənilmir.

Digər kriptovalyutalardan fərqli olaraq unikal praktik dəyəri yoxdur. Nə dövlət, nə də hər hansı özəl strukturlar tərəfindən təmin edilmir. İddiaçı iddia edir ki, “daha axmaq axmaqlar” bu valyutanı daha baha qiymətə almaq üçün aldadılanda, bu, sadəcə bir fırıldaqdır”.

2013-cü ildə satışa çıxarılan “Dogecoin”, İlon Maskın sevimli kriptovalyutalarından biridir. Və o, həqiqətən bir dəfədən çox, o cümlədən çıxışlarında və nəşrlərində rəqəmsal valyutanı təbliğ edib.

Məsələn, 2021-ci ilin dekabrında “Tesla” “Dogecoin”də ödənişləri qəbul etməyə başlayıb və bu kriptovalyutanın qiymətinin 24% artmasına səbəb olub. 2021-ci ilin fevralında isə İlon Mask “Twitter”də “Dogecoin”i “xalq üçün kriptovalyuta” adlandırıb və bu, bir anda onun dəyərini 80% artırıb. Lakin bu uğur qısa müddət davam edib. Əgər 2021-ci ilin may ayında bir “Dogecoin” 0.74 dollara idisə, indi onun dəyəri cəmi 0.06 dollardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər