27 C
Baku
Wednesday, April 24, 2024

İlon Maskdan avtokinoteatr: “Tesla” avtomobillərində “YouTube” və “Netflix” olacaq

İlon Mask “Tesla” avtomobillərinə “YouTube” və “Netflix” tətbiqlərini əlavə etməyi vəd edib. Video və ya seriallara avtomobilin dayandığı zaman baxmaq mümkün olacaqdır.

Banker.az xəbər verir ki, “Siz həcmli səs, böyük displey və rahat oturacaqlar hesabına özünüzü kinoteatrdakı kimi hiss edəcəksiniz”, – deyə İlon Mask öz “Twitter” hesabında qeyd edir.

“Tesla” istifadəçiləri bu yeniliyi avqust ayında sınaya biləcəklər.

Ötən cümə günü İlon Mask “Tesla Arcade” oyun tətbiqinə şahmat əlavə edəcəyini bildirmişdir, sonrakı illərdə “Unity” nin də tətbiqi planlaşdırılır. “Tesla” nın yeni proqram təminatında oyunlar, informasiya-əyləncə funksiyaları, yaxşılaşdırılmış avtopilot və işıqfor olacaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər