12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

İlon Maskdan tvit: “Həmişə sizin hələ də sağ olduğunuzu unuduram”

50 yaşlı amerikalı milyarder İlon Mask yenidən tviter hesabında etdiyi zarafatları ilə gündəmə gəlib.

Bu dəfə İlon Maskın “qurbanı” 80 yaşlı senator Berni Sanders olub.

Belə ki, İ. Mask B.Sandersin çox zəngin amerikalıları daha çox vergi ödəməyə çağırdığı tvitinə reaksiya verib. Mask Sandersə “Mən həmişə sizin hələ də sağ olduğunuzu unuduram” deyə cavab verib.

İ.Mask bunun ardınca amerikalı senatora daha bir tvit ünvanlayıb. Dünyanın ən zəngin insanı adını daşıyan Mask “Tesla” şirkətinin 4,5 milyon səhmini ümumi olaraq 5 milyon dollara satmasına eyham vuraraq deyib:

“Daha çox səhm satmağımı istəyirsən, Berni? Sadəcə de…”.

Qeyd edək ki, əksər amerikalılar çox varlı insanların daha çox vergiyə cəlb edilməsinə dair ideyada Sandersi dəstəkləyirlər.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər
X