25 C
Baku
Wednesday, October 5, 2022

İlon Maskın qardaşı “Tesla”nın səhmlərinin bir hissəsini satdı

İlon Maskın qardaşı və “Tesla” şirkətinin Direktorlar Şurasının üzvü Kimbal Mask şirkətin 25.6 milyon dollar dəyərində səhmlərini satıb.

“Arqumentı i Faktı” nəşrinin ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasıına istinadən verdiyi məlumata görə, Kimbal “Tesla”nın 30 min ədəd səhmini satışa çıxarıb. Hazırda onun ixtiyarında 599 740 ədəd “Tesla” səhmi var. Onların toplam dəyəri 482 milyon dollardır.

Qeyd edək ki, 2003-cü ildə yaradılmış “Tesla Motors” şirkətinin hazırki kapitalizasiyası 772 milyard dollar həcmində dəyərləndirilir.

MənbəOxu.az
Son xəbərlər
Oxşar xəbərlər