10 C
Baku
Thursday, December 26, 2024

İlon Maskın sərvəti bir gündə 6 milyard dollar artıb

“Tesla” şirkətinin qurucusu və baş direktoru İlon Maskın sərvəti bir gündə 6 milyard dollar artaraq 169.8 milyard dollar səviyyəsinə çatıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, dünyanın ikinci ən zəngin adamı elektrikli nəqliyyat vasitələrinin istehsalı və tədarükü ilə bağlı cümə günü yayılan hesabatların fonunda zənginləşib.

Belə ki, şirkət 2021-ci ilin birinci yarısında 180 338 elektromobil istehsal etdiyini və 184 nəqliyyat vasitəsini tədarük etdiyini açıqlayıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə istehsal və tədarük müvafiq olaraq 76% və 109% artıb. Avtomobil istehsalçısının hesabatı analitiklərin proqnozlarından daha yaxşı olub. Onlar şirkətin orta hesabla təxminən 168 000 elektromobil tədarük edəcəyini gözləyib.

Qeyd edək ki, Maskın sərvətinin böyük hissəsi “Tesla”nın səhm paketinin payına düşür (21%). Milyarder təxminən 147 milyon səhmə sahibdir. Son bir ildə Maskın sərvəti bir neçə dəfə artıb. 2020-ci ilin martında iş adamının sərvəti cəmi 24.6 milyard dollar təşkil edib. Lakin 2021-ci ilin yanvar ayında İlon Mask dünyanın ən zəngin sahibkarlarından birinə çevrilib və hətta “Amazon”un qurucusu Ceff Bezosu keçib.

Son xəbərlər
Digər xəbərlər