12 C
Baku
Sunday, October 27, 2024

İlon Maskın sərvəti təxminən 9 milyard dollar azalıb

Milyarder İlon Maskın sərvəti bazar ertəsi günü “Forbes Real-Time Billionaire Rankings”dən alınan məlumatlara görə şirkətin S&P 500-ə qatıldığı ilk gündə 8.8 milyard dollar azalıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, 21 dekabrda hərracların sonunda İlon Maskın sərvəti 144,7 milyard dollar dəyərində qiymətləndirilmişdir. O, dünyanın ən zəngin adamları arasında yalnız Ceff Bezos və Bernard Arnodan geridə idi.

Dekabrın 19-u “Tesla” səhmləri ən yüksək səviyyəyə yüksəldi və Maskın sərvəti 150 milyard dollara keçdi. Bu ona dünyanın ən zəngin milyarderləri siyahısında ikinci sıranı tutmağa imkan verdi.

Dünən isə “Tesla” S&P 500 indeksinə daxil edildi və hərracların ilk günüdə şirkət 6.5% itirdi. “Financial Times”ın verdiyi məlumata görə, azalma demək olar ki, bütün Amerika şirkətlərində müşahidə edilib. İnvestorları qorxuzan əsas hadisələrdən biri Böyük Britaniyada yeni növ koronavirusun aşkar edilməsi olub.

“İnvestorlar yeni virusun bütün Avropaya yayılmasından ehtiyat edirlər. Bununla bağlı hansı məhdudlaşdırma tədbirlərinin tətbiq ediləcəyini bir müddətdən sonra biləcəyik”, – deyə “Legal & General Investment”in direktoru Emil van den Heiligenberg söyləyib.

Son xəbərlər
Digər xəbərlər