“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın sərvəti həftənin əvvəlindən bəri 20 milyard dollardan çox azalıb. “Forbes”un verdiyi məlumata görə, hal-hazırda milyarderin sərvəti 145.5 milyard dollar təşkil edir. Xatırladaq ki, ötən bazar Mask “Saturday Night Live” şousunun aparıcısı olub.
Şouda iştirak etməzdən əvvəl İlon Maskın sərvəti 166 milyard dollar dəyərində qiymətləndirilib. Hal-hazırda iş adamı dünyanın ən varlı insanları arasında üçüncü yeri tutur.
13 may tarixində İlon Mask bitkoin ilə “Tesla” avtomobillərinin satışını dayandırdığını açıqlayıb. Onun fikrincə, bitkoin mayninqi ekologiyaya zərər vurur. Bu açıqlamadan sonra kriptovalyutaların dəyəri 10%-dən çox düşüb.