Biznesmen İlon Maskın sərvəti bir həftə ərzində 1,7 milyard dollar artıb və 32 milyard dollara çatıb.
Bu barədə “Forbes” bildirib.
Qeyd edilir ki, belə göstərici Maskın 22% səhmə malik olduğu “Tesla” şirkətinin kapitallaşmasının artımı hesabına qeyd edilib.
Məlum olub ki, bir həftə ərzində şirkətin bazar qiyməti 16% artıb və 100 milyard dollara çatıb.
Belə sıçrayış “Tesla”ya dünyanın avtomobil şirkətləri arasında kapitallaşdırma üzrə ikinci yeri tutmağa imkan yaradıb. Birinci yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb
Report