8 C
Baku
Monday, November 18, 2024

İlon Maskın sərvəti bir gündə $21 mlrd. artıb

“Tesla” elektrik avtomobillərindən birinin istehsal xərcinin 36 min dollara düşdüyünü açıqlayandan sonra şirkətin səhmləri kəskin bahalaşıb: təkcə son 24 saat ərzində onlar 10.5%-dən çox (və ya 90 dollar) artıb.

Banker.az xəbər verir ki, “Credit Suisse” təşkilatının analitiki Den Levi (Dan Levy) bazar ertəsi investisiya hesabatında vurğulayıb: “Tesla-nın marjası gözlənilmədən artıb, bunun əsas səbəbi xərclərin azalması olub. Biz onun marjasının davamlı olduğuna inanırıq. Tesla elektrik avtomobillər sahəsindəki liderliyini yaxın gələcəkdə də qoruyacaq”.

Nüfuzlu maliyyə institutunun belə bir müsbət qiymətləndirməsi investorlara nikbinlik verib.

Qiymətli kağızların artımı istər-istəməz “Tesla”nın əsas səhmdarı İlon Maskın sərvətinə təsir göstərib. Gün ərzində sahibkarın varidatı 21 milyard dollardan çox artıb. Qeyd edək ki, o, hələ də dünyanın ən varlı adamıdır.

Son xəbərlər
Digər xəbərlər