9 C
Baku
Friday, December 13, 2024

İlon Maskın sərvəti bir gündə 22 mlrd. dollardan çox artıb

“Tesla” səhmlərinin sürətli böyüməsindən sonra İlon Maskın sərvəti çərşənbə axşamı 22.6 milyard dollar artıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, bir neçə gün davam edən enmədən sonra qiymətli kağızlar təxminən 20% bahalaşıb.

Beləliklə, hal-hazırda İlon Maskın sərvəti 166.2 milyard dollar təşkil edir. “Tesla” səhmlərindən başqa, ABŞ-ın digər texnoloji şirkətlərin qiymətli kağızları üç həftəlik enişdən sonra Nasdaq 100 indeksində bahalaşıb.

Sərvətləri ən çox artan digər iki milyarder “Amazon”un CEO-su və dünyanın ən zəngin adamı Ceff Bezos (+5.9 milyard dollar artım, ümumi sərvəti – 179.9 milyard dollar) və “Pinduoduo” platformasının yaradıcısı Zheng Huangdır (+5.8 milyard dollar artım, ümumi sərvəti – 54.3 milyard dollar).

Səhmlərin kəskin bahalaşmasına baxmayaraq, bu, investorlar üçün yenilik deyil. 2020-ci ilin əvvəlindən elektrikli avtomobil istehsalçısının səhmləri üç dəfə aktiv şəkildə satılmağa başlayıb ki, bu da onların dəyərinin 30% azalmasına səbəb olub

Son xəbərlər
Digər xəbərlər