İlon Maskın “Twitter”dəki postu Dogecoin kriptovalyutasının kəskin ucuzlaşması ilə nəticələnib.
“Əgər Dogecoin sahibləri kriptovalyutanın böyük hissəsini satmaq qərarına gəlsələr, mən onlara tam dəstək olacağam. Düşünürəm ki, Dogecoin kriptovalyutasının böyük konsentrasiyası yeganə real problemdir”, – deyə Mask sosial şəbəkədə yazıb.
Növbəti 24 saat ərzində Dogecoin kriptovalyutasının qiyməti 13% azalıb. Xatırladaq ki, daha əvvəl “Tesla”nın Bitcoin kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyması və onu ödəmə vasitəsi kimi qəbul etməsi xəbəri qiymətlərin artmasına səbəb olmuşdur.