13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

İlon Maskın tvitindən sonra “Shiba Floki” tokeni 1300% bahalaşdı

faizlere

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri sosial şəbəkədə Floki adlı Siba-inu cinsli itinin şəklini paylaşıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“CoinGecko”nun məlumatına görə, bunun fonunda cəmi üç saat ərzində “Shiba Flocki” tokeni 1300% bahalaşıb.

Daha sonra sikkənin qiyməti 70% düşsə də, altkoinin hərrac həcmləri artmağa davam edir. Son sutkada onlar 100 000% artaraq 1.1 milyon dolları keçib.

Mask iyunun 25-i itinə Floki adını verəcəyini açıqlayıb. Milyarderin bu tviti kriptovalyutanın 9% bahalaşmasına səbəb olub.

Aşağı likvidli aktivlərin dəyərindəki kəskin dalğalanmalar “Pump & Dump” sxemindən istifadə nəticəsində ola bilər. O, tənzimləmənin olmadığı blokçeyn sənayesində geniş yayılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər