12 C
Baku
Saturday, November 23, 2024

İlon Maskın “xAI” şirkəti $6 mlrd. cəlb edib

İlon Maskın “xAI” şirkəti 6 mlrd. dollar cəlb edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Startap “Andreessen Horowitz”, “Sequoia Capital”, “Valor Equity Partners” və digər investorlardan investisiyalar cəlb edib.

Şirkət pulu yeni məhsulların bazara çıxarılmasına, infrastrukturun qurulmasına, gələcək texnologiyaların tədqiqinə və inkişafına sərf etməyi planlaşdırır.

İnvestisiyalardan əvvəl şirkətin dəyəri 18 milyard dollar təşkil edib.

İlon Mask rəsmi olaraq 2023-cü ilin iyulunda “xAI”ı işə salıb, baxmayaraq ki, “FT” və “The Verge” apreldə onun təsis edildiyini bildirib. Noyabr ayında “xAI” tələb əsasında mətn yaratmaq üçün “Grok” neyron şəbəkəsini işə salıb. Tərtibatçılar bildirdilər ki, bot əksər AI sistemləri tərəfindən bloklanan “tikanlı” suallara cavab verə bilir.

2024-cü ilin mart ayında “xAI” “Grok” çat-botunun kodunu nəşr edib.

Son xəbərlər
Digər xəbərlər