18 C
Baku
Wednesday, November 19, 2025

İlon Maskın “xAI” startapı $230 milyard qiymətləndirmə ilə $15 milyard cəlb etməyi düşünür

İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” startapı 230 milyard dollar bazar dəyəri ilə 15 milyard dollar investisiya cəlb etmək üçün danışıqların son mərhələsindədir. Bu barədə mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb.

Əgər yeni investisiya raundu bağlanarsa, “xAI”in kapitallaşması mart ayında “X” platforması (keçmiş “Twitter”) ilə birləşmə zamanı qiymətləndirilən 113 milyard dollardan iki dəfədən çox artmış olacaq. Bundan əvvəl Mask yeni raundlarla bağlı xəbərləri təkzib etmişdi, lakin WSJ məlumatına görə, danışıqlar davam edir.

“Reuters” qeyd edir ki, iyul 2023-cü ildə işə düşdüyü vaxtdan bəri “xAI” öz süni intellekt modellərini hazırlamaq üçün lazım olan hesablama gücünü sürətlə artırır və “OpenAI” və “Anthropic” kimi rəqiblərə çatmağa çalışır. Şirkət böyük həcmdə infrastruktur investisiyaları edir, o cümlədən Memfis şəhərində “Colossus” superkompüterinin yaradılması istiqamətində. “Tesla”nın səhmdarları avtomobil istehsalçısının “xAI”a investisiya etməsi imkanını təsdiqləyiblər.

Süni intellekt sektorunda “balon” əlamətlərinə baxmayaraq, investorların sürətlə və aqressiv şəkildə böyüyən Sİ şirkətlərinə marağı yüksək olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər