24 C
Baku
Wednesday, June 18, 2025

İlon Maskın “xAI” startapı səhmlərin satışı üçün danışıqlar aparır

İlon Maskın “xAI Corp” adlı süni intellekt startapı kapital sərmayəsi vasitəsilə 4.3 milyard dollar toplamaq üçün danışıqlar aparır.

Şirkətin investorlara verdiyi məlumata görə, startap 300 milyon dollar dəyərində səhm satıb, həmçinin 5 milyard dollar kredit alıb. Onun yeni maliyyələşdirməyə ehtiyacı var, çünki əvvəllər cəlb edilmiş vəsaitin böyük hissəsi artıq xərclənib.

“xAI” 2023-cü ilin iyulunda İlon Mask tərəfindən təsis edilib. “Grok” AI modelinin ilk versiyası həmin ilin noyabrında, sonuncusu isə 2025-ci ilin fevralında buraxılıb.

“Bloomberg”ə görə, birinci rübün sonunda “xAI” təxminən 80 milyard dollar dəyərində qiymətləndirilib. Yarandığı gündən və bu ilin əvvəlinə qədər “xAI” təxminən 14 milyard dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər