4 C
Baku
Monday, January 13, 2025

İlon Mask “Tesla”dakı payını 1.5 dəfədən çox artırıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədə əsasən, “Tesla”nın qurucusu və baş direktoru İlon Mask şirkətdəki payını 20.5%-ə qədər artırıb. “Business Insider” xəbər verir ki, hazırda biznesmen avtomobil istehsalçısının ümumi dəyəri 120 milyard dollardan çox olan qiymətli kağızlarına sahibdir. Bundan əvvəl Mask “Tesla”nın təxminən 13%-nə sahib idi.

Milyarder hazırda şirkətin 411.06 milyon adi səhminə, həmçinin 303.96 milyon səhm almaq opsionlarına malikdir. Mask 31 dekabr 2023-cü ildən sonra 60 gün ərzində opsionlardan istifadə edə bilər. Bu məlumatın açıqlanmasından sonra “Tesla” səhmləri 15 fevral cümə axşamı günü ticarətin sonunda 6.22% artaraq 200.45 dollara çatıb.

2024-cü ilin yanvarında iş adamı “Tesla”dakı payını ən azı 25%-ə çatdırmaq istədiyini bildirib. Maskın sözlərinə görə, bu yolla o, şirkətdə qərarlar qəbul edərkən lazımi təsirə malik olacaq.

Son xəbərlər
Digər xəbərlər