6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

“İlonun təsiri əbədi qalmayacaq”: Vitalik Buterin kriptovalyutaların çöküşündən sonra müsahibə verib

“Ethereum”un yaradıcısı Vitalik Buterin “CNN”ə verdiyi müsahibədə onu dünyanın ən gənc kriptomilyarderi statusundan məhrum edən kriptovalyuta çöküşünə öz münasibətini bildirib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

O, rəqəmsal aktiv bazarında “köpüyün” meydana gəldiyini qeyd edib, lakin onun nə zaman partlayacağını bilmədiyini etiraf edib. “Bu artıq ola bilərdi, amma bir neçə ayda da baş verə bilər”, – deyə Buterin söyləyib.

Bununla birlikdə, bu, kriptovalyutalar tarixindəki ilk belə vəziyyət deyil. “Etherium”un yaradıcısı indiyə qədər ən azı üç böyük kriptovalyuta “köpüyünün” mövcud olduğunu vurğulayıb. Və çox vaxt onlar müəyyən hadisədən sonra partlayır.

“Kriptovalyutaların dörd il əvvəl olmadığı bir şəkildə ana axınının bir hissəsinə çevrilməyə yaxın olduqları hissi var. Kripta artıq oyuncaq deyil”, – Buterin hesab edir.

“Etherium”un yaradıcısı kriptovalyuta bazarlarının xarici stimullara qarşı “həssas” olduqlarını etiraf edib. “İlon Maskın “Twitter”i kriptovalyuta mühitinin keçən il ilk dəfə qarşılaşdığı şeydir. Düşünürəm ki, bir az dəlilik gözləmək məqsədəuyğundur. Lakin İlonun təsiri əbədi qalmayacaq”, – deyə Vitalik Buterin əlavə edib.

O, Maskın hərəkətlərində hər hansı bir “kin” olduğuna şübhə etdiyini söyləyib. “100 milyard dollardan çox sərvətə sahib olan milyarder ilk növbədə insandır, -deyə Buterin qeyd edib.

“Etherium”un gələcəyindən danışan Buterin kapitallaşma baxımından kriptovalyutasının gec-tez “Bitcoin”i keçəcəyini istisna etməyib. Onun sözlərinə görə, blokçeyn-platformanı ciddi texnoloji dəyişikliklər gözləyir. “Biz orta ölçülü ölkə səviyyəsində enerji istehlakından kənd səviyyəsində enerji istehlakına keçəcəyik”.

Xatırladaq ki, 19 may tarixində “Bitcoin”in dəyəri 31 min dollardan aşağı düşüb. Bu çöküş digər kriptovalyutalara da təsir göstərib və insanlar kütləvi şəkildə pullarını çıxarmağa başlayıblar. Nəticədə “Coinbase” və “Binance” birjalarının işində texniki problemlər yaranıb.

Son xəbərlər
Oxşar xəbərlər