19 C
Baku
Bazar, Sentyabr 26, 2021

İlqar Əhmədzadənin BOKT-na 200 min manat kapital yatırıldı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda fəaliyyət göstərən 7 yaşlı bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırıb.

Banker.az-ın xəbərinə görə, “Azmikroinvest” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 200 min manat, yaxud 13.33 faiz artırılmaqla 1 milyon 700 min manata çatdırılıb.

Sonuncu dəfə 2019-cu ilin aprelində BOKT-un nizamnamə kapitalı 36.4% artıraraq 1 milyon 100 min manatdan 1 milyon 500 min manata qaldırılmışdı.

“Azmikroinvest” BOKT MMC — 2014-cü ildə yaradılıb, səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur. BOKT 2020-ci ili 152.6 min manat xalis mənfəətlə başa vurub.

Aktivləri 1 milyon 617 min manat olub ki, bu da illik müqayisədə 0.1% azdır. Bunun 1 milyon 480 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15.8% böyüyüb.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər