Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə müavin təyin edilib.
Banker.az-a daxil olan məlumata əsasən, bu vəzifəyə İlqar Məhərrəmov təyin edilib.
O, 2018-ci ilin yanvarından 2023-cü ilin sentyabrınadək “Grand-Agro” MMC-nin baş icraçı direktorunun müavini idi.
Bundan əlavə, indiyə qədər “PMD Group” MMC-də və “Yalama Agropark” MMC-də çalışıb.
İlqar Məhərrəmov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və Almaniyada Offenburq Tətbiqi Elmlər Universitetində MBA (biznesin idarə olunması) dərəcələrinə yiyələnib.
Qeyd edək ki, yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Grand-Agro” MMC-nin ana şirkəti sayılan “Agro Food Investments” MMC-nin baş icraçı direktoru idi. O, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.