12 C
Baku
Saturday, November 23, 2024

“İMA-Energy” şirkəti 4 milyon manata yaxın mənfəət açıqladı

“İMA-Energy” QSC 2022-ci ili 3 milyon 860 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “İMA-Energy” QSC-nin əsas əməliyyat gəlirləri 26 milyon 777 min manat, əsas əməliyyat xərcləri 13 milyon 747 min manat təşkil edib.

Hesbat dövründə şirkətin cəmi aktivləri 22 milyon 560 min manat, cəmi kapitalı 3 milyon 904 min manat, cəmi öhdəlikləri isə 18 milyon 656 min manat olub.

Xatırladaq ki, “IMA Energy” MMC 2009-cu ildə elektrik dizayn fəaliyyəti məqsədi ilə yaradılıb. “İMA Energy” şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərib.

 

Son xəbərlər
Digər xəbərlər