16 C
Baku
Saturday, November 2, 2024

İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək

İstanbulda qanun və ədalət hökmranlıq edəcək.

Bunu İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu deyib.

Ə.İmamoğlunun sözlərinə görə, İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək:

“Mən İstanbul sakinlərinə söz verirəm ki, onları he, kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək”.

Qeyd edək ki, iyunun 23-də İstanbulda bələdiyyə seçkiləri keçirilib. Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu 54,03 faiz səs çoxluğu ilə qalib gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.İmamoğlunu təkrar bələdiyyə seçkilərində qələbə çalması münasibətilə təbrik edib.

Son xəbərlər
Digər xəbərlər