İki şəxsə məxsus bank olmayan kredit təşkilatı “Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı ikiqat artırılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
“Falcon Finance” MMC-nin nizamnamə kapitalı 500 min manatdan 1 mln. manata qədər artırılıb.
BOKT-un nizamnamə kapitalı hər biri 50% payı olmaqla iki şəxsə Səxavət İmanov və Vüsal Tağıyevə məxsusdur.
“Falcon Finance” 2021-ci ili 119 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 17 min manat zərərlə çıxmışdı. Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 1.56 milyon manat olub ki, bu da illik müqayisədə 2.95 dəfə çoxdur. Bunun 1.42 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.