25 C
Baku
Saturday, July 27, 2024

“IMAX” korporasiyası Rusiyanı tərk edib

Eyniadlı kinematoqrafiya texnologiyasını təqdim edən “IMAX” korporasiyası iyunun 1-dən Rusiyada fəaliyyətini məhdudlaşdırıb. Artıq bütün işçilər işdən çıxarılıb, rəhbərlik isə Londona köçüb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Aprelin sonunda “IMAX” 2022-ci ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib. Sənəddən belə çıxır ki, şirkətin Rusiyada 6.9 milyard dollar borcu var. Qeyd edək ki, “IMAX”ın illik gəlirinin təxminən 3%-i Rusiyanın payına düşür.

Rusiyada sistemin ilk kinoteatrları 2003-cü ildə yaranıb. O, bir sıra film nümayişi texnologiyalarına və bütün dünyada şəbəkələşməyə əsaslanır.

İyulun ortalarında Rusiyada qeyri-qanuni film nüsxələrini nümayiş etdirən kinoteatrların sayı 87% artıb. Onlar 127 kinoteatrda nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər