6 C
Baku
Sunday, December 15, 2024

İMF ən sürətli iqtisadi artımın gözləndiyi ölkənin adını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (İMF) ən sürətli iqtisadi artımın gözləndiyi ölkənin adını açıqlayıb.

2020-ci ildə Qayana Kooperativ Respublikasında 86 faizlik (hazırda 4,4 faizdir) iqtisadi artım olacaq ki, bu da Çinə dair proqnoza nisbətən 14 dəfə çoxdur.

İMF ekspertlərinin fikrincə, belə sürətli artımı şərtləndirən mühüm amil “Exxon Mobil” şirkəti tərəfindən sahil zolağında neft yataqlarının kəşfidir. Belə ki, şirkətə görə, 2025-ci ilədək Qayananın gündəlik neft hasilatı azı 750 min barel təşkil edəcək.

Əhalisi 780 min olan Qayanın hazırda 4 milyard ABŞ dolları olan ÜDM-i 2024-cü ildə 15 milyard dollar səviyyəsinə qalxacağı ehtimal olunur. Neft sektorunun iqtisadiyyatdakı payı isə  40 faiz olacağı gözlənilir.

©Report

Son xəbərlər
Digər xəbərlər