Qlobal ticarətin həcminin artım tempi 2025-ci ildə illik ifadədə 1,7 %-ə qədər azalacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında növbəti hesabatında bildirilib. Bu, yanvar qiymətləndirməsindən 1,5 faiz bəndi aşağıdır.
Hesabata əsasən, 2026-cı ildə bu göstərici 2,5 % artacaq, bu isə IMF-in yanvar proqnozundan 0,8 faiz bəndi aşağıdır.
“Baza proqnozuna görə, 2025-cı və 2026-cı illərdə ticarət siyasətindəki qeyri-müəyyənliyin nisbətən yüksək səviyyədə qalacağı ehtimal olunur”, – IMF hesab edir.