14 C
Baku
Saturday, April 12, 2025

IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (IMF) Argentinaya 20 milyard dollar kredit ayrılmasını təsdiqləyib, ilk tranş 12 milyard dollar təşkil edəcək.

Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında bildirib.

“Biz IMF-dən dərhal 12 milyard dollar məbləğində tranş alacağıq. Bu pullar çərşənbə axşamı, 15 aprel tarixində daxil olacaq”, – o söyləyib və əlavə edib ki, ölkə iyunda daha 2 milyard dollar alacaq.

Argentina hökuməti dəqiqləşdirib ki, proqramın müddəti 10 ildir, bunun 4,5 ili güzəştli dövr təşkil edəcək. “Bu proqram mərkəzi bankın ehtiyatlarını gücləndirmək üçün istifadə olunacaq”, – prezident administrasiyasının bəyanatında deyilir.

İqtisadiyyat naziri həmçinin bildirib ki, iyunadək Argentina digər beynəlxalq təşkilatlardan daha 3,6 milyard dollar almağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər