26 C
Baku
Saturday, July 27, 2024

IMF: Azərbaycan bank sektorunun dayanıqlığının artırılması üçün əlavə addımlar atılmalıdır

“Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib. Kapital səviyyəsi və bankların gəlirliliyi yaxşılaşıb”.

BunuAzərbaycan bank sektoru ilə bağlı vəziyyəti eksklüziv olaraq şərh edən Beynəlxalq Valyuta Fondunun (IMF) ölkə üzrə missiyasının rəhbəri Natalia Tamirisa Report Agentliyinə deyib.

“Bu yaxınlarda elan edilmiş qeyri-performanslı kredit (nonperforming loan–NPL) proqramı həm borcalanların, həm də bankların balans hesabatlarının yaxşılaşdırılmasına kömək edəcək. Bununla yanaşı, bank sisteminin sağlamlığının yaxşılaşdırılması və dayanıqlığının gücləndirilməsi üçün əlavə addımlar atılmalıdır. Bu addımlar hərtərəfli olmalıdır, o cümlədən NPL problemlərinə qarşı geniş əsaslı bir yanaşma olmalıdır. Sektorda inkişaf etmiş rəqabət də vacibdir”, – missiyasının rəhbəri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər