Azərbaycanda 2020-ci ildə inflyasiyanın səviyyəsi 3% təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.
Hesabata əsasən, 2019-cu ildə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8%, 2020-ci ildə isə 3% artacaq. Halbuki bundan öncə Fond bu göstəricilərin müvafiq olaraq 3,2% və 3,3% olacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə bərabər olacaq.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1,4% təşkil edib.
©APA-Economics