Bu il Azərbaycanın əhalisinin sayı ötən ilin sonu ilə müqayisədə 1,2 % artaraq 10,222 milyona çatması gözlənilir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilir.
Sənədə əsasən, Azərbaycan əhalisinin sayı 2022-ci ildə 10,345 milyona (əvvəlki ilin proqnoz göstəricisinə nisbətdə 1,2 % çox), 2023-cü ildə isə 10,469 milyona (1,2 % çox) çatması proqnozlaşdırılır.
Azərbaycanda işsizlik nisbəti bu il 5,8 %, gələn il 5,7 %, 2023-cü ildə isə 5,6 % səviyyəsində gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 10 milyon 139,2 min təşkil edib ki, bu da, illik müqayisədə 4,9 % çoxdur. Ötən il Azərbaycan əhalisinin sayı 0,6 % artaraq 10 milyon 123,4 min nəfər təşkil edib