8 C
Baku
Sunday, November 17, 2024

IMF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 12,2 %-ə səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun aprel ayına olan proqnoz göstərici ilə müqayisədə 0,1 faiz bəndi azdır.

IMF gələn il Azərbaycanda inflyasiyanının 10,8 % səviyyəsində olacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 2,1 faiz bəndi çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda inflyasiya 6,7 % səviyyəsində qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər