Beynəlxalq Vallyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 12.3 %-ə çatacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə IMF-nin “Müharibə qlobal bərpanı geri qaytarır” adlı hesabatınının aprel sayında bildirilib.
Proqnozlara əsasən, Azərbaycanda illik inflyasiya gələn il isə 8,7 % təşkil edəcək.
Qeyd edək ki, IMF ötən il dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 3,2 % təşkil edəcəyini gözləyirdi.