17 C
Baku
Tuesday, October 21, 2025

IMF: Bu il Azərbaycanın qeyri-neft iqtisadiyyatı 4,5% artacaq

Bu il Azərbaycanda qeyri-neft sektoru üzrə iqtisadi artım 4,5%-ə bərabər olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF) bildirilib.

Fond 2026-cı ildə qeyri-neft ÜDM-nin 3,7%, 2030-cu ildə isə 3,5% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, IMF ümumilikdə bu il üzrə ümumi iqtisadi artım proqnozunu 3%, 2026-2030-cu illər üzrə isə 2,5% müəyyən edib.

Fond həmçinin, ölkədə nominal ÜDM-in bu il üzrə 76.4 mlrd. dollar, gələn il üzrə 80 mlrd. dollar, 2030-cu ildə isə 100.8 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər