34 C
Baku
Tuesday, May 30, 2023

IMF dünya iqtisadi tənəzzülünə dair proqnozunu açıqlayıb

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə inkişaf etmiş ölkələrdə istehsalat rəqəmlərinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını güman edir.

Bunu IMF-nin icraçı direktoru Kristalina Georgiyeva fondla Dünya Bankının müşavirəsi ərəfəsində keçirilən videokonfransda bildirib.

Təşkilat rəhbəri cari ilin yekununa görə dünyada iqtisadi artım sürətinin 6 faizdən az olacağını gözlədiklərini də diqqətə çatdırıb:

“İyul ayında biz dünya boyu 6 faizlik artım proqnozunu vermişdik. Lakin yenilənmiş proqnozumuzdan da görəcəyiniz kimi, bu il iqtisadi artımın bir qədər azalacağını gözləyirik”.

Onun dediyinə görə, dünya əhalisinin əksəriyyəti peyvəndlənməmiş qalsa, qarşıdakı 5 il ərzində dünya ÜDM-si 5,3 trilyon ABŞ dolları azala bilər.

Son xəbərlər
Digər xəbərlər
X