Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın dinamikası üzrə proqnozu yaxşılaşdırıb. Fond 2021-ci ildə qlobal ÜDM-in 6% artacağını gözləyir.
Bu barədə Fondun “World Economic Outlook” adlı aprel hesabatında bildirilir.
Qeyd olunub ki, 2022-ci il üçün proqnoz da yaxşılaşdırılıb. Belə ki, BVF qlobal ÜDM artımının yanvar ayında təxmin edilən 4,2% əvəzinə 4,4% olacağını proqnozlaşdırır. ÜDM-in artım tempi iqtisadiyyatın bütün sahələrinin çətin səhiyyə vəziyyətinə davamlı uyğunlaşmasını əks etdirir.
Yaxşılaşdırılmış proqnozlar bir sıra böyük ölkələrdəki əlavə maliyyə dəstəyinin nəticələrini və peyvəndlər tərəfindən dəstəklənən bu ilin ikinci yarısında gözlənilən bərpa nəticələrini əks etdirir.
Qeyd edək ki, 2020-ci ildə BVF-nin aprel ayı proqnozlarına görə, qlobal ÜDM 3,3% azalıb. Halbuki yanvar hesabatında keçən il qlobal iqtisadiyyatda azalmanın 3,5% olduğu təxmin edilirdi.