Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının Azərbaycana səfərinin yekunlarına dair yayılmış press-relizində deyilir.
IMF missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında stabilləşmə başlayıb: “Ölkədə həyata keçirilən makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahəsi daha da genişlənib. Görülən tədbirlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik”.(“Report”)