Dünyada iqtisadi aktivliyin bərpası və səyahətlərin bir çox yerlərdə bərpa olunması xəbərinin ardından neftə tələbin artma ehtimallarını çoxaldıb. Bir çox treyderlərə bu mənada bazarla bağlı pozitiv baxış vəd edib.
Brent neftinin qiyməti iyun fyuçerslərində 24 sent, yəni 0.38% artımla 62.98 dollar/barrel qiymətinə ticarət olunur. Paralel olaraq, Nyu-York birjasında WTI xam nefti 21 sent, yəni 0.35% artımla 59.54 dollar/barrelə yüksəlib.
Bazar ertəsi Beynəlxalq Valyuta Fondunun (IMF) yeni qlobal iqtisadi inkişaf proqnolarını açıqladıqdan sonra birjalarda risk iştahı artmaqla bərabər əmtəə birjalarında da treyderlərin tələbi artıb. Neftin qiymətləri bu proqnozların ardından yuxarı üz tutub.
Neft 2021-ci ilin əvvəlindən bu tərəfə COVID-19 əleyhinə peyvəndlərin startı və ilin əvvəlində OPEC+ ölkələrinin neftin hasilatının azaldılması ilə 22% qiymət qazanıb.